...

DAXİLİ İŞLƏR NAZİRLİYİ RƏSUL QULİYEVİN HƏBSİ ÜÇÜN İNTENSİV TƏDBİRLƏRİ DAVAM ETDİRİR

Siyasət Materials 12 Oktyabr 2005 12:43 (UTC +04:00)

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) deputatlığa namizəd Rəsul Quliyevin həbsi ilə əlaqədar intensiv tədbirləri davam etdirir". Trend bununla bağlı məlumatı DİN-dəki mənbədən əldə edib.

Mənbə bildirib ki, DİN-də R.Quliyevi gətirən təyyarənin oktyabrın 17-də saat 16.00-da H.Əliyev adına Hava Limanına enəcəyi barədə məlumat var. Həmin tarixdə səhərdən başlayaraq DİN-nin əməliyyat işçiləri artıq hava limanının müvafiq ərazisini nəzarətə götürəcəklər. "R.Quliyev təyyarəni tərk edəndən sonra əməliyyatçılar ona yaxınlaşaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun onun həbsinə dair müvafiq sanksiyasını təqdim edəcəklər. Bundan sonra R.Quliyevin həbsi həyata keçiriləcək".

DİN-dən onu da bildiriblər ki, R.Quliyevin Azərbaycana xarici jurnalistlərin, beynəlxalq hüquq müdafiəçilərinin əhatəsində qayıtması onun həbsinə mane ola bilməz. "Azərbaycanın hüquq-mühafizə orqanları qüvvədə olan hökmü icra edəcəklər və bütün bunlar qanun çərçivəsində həyata keçiriləcək".

R.Quliyevi qarşılamağa hazırlaşdığı bildirilən 30-40 minlik kütlənin də Hava Limanına keçməsinin qarşısı alınacaq. "Hava Limanı strateji obyektdir və polis bu obyektdə hər hansı qarışıqlığa yol verməyəcək".

R.Quliyevin gəlişinə bir gün qalmış isə Baş Prokurorluqla Daxili İşlər Nazirliyi ictimaiyyət üçün növbəti birgə bəyanatını yayacaq.

Xəbər lenti

Xəbər lenti