...

ARAZ ƏZİMOV: BOLQARISTAN, TÜRKİYƏ, RUMINİYA, QAZAXISTAN VƏ AVROPA BİRLİYİ GÖAM-IN VİRTUAL MƏRKƏZİNDƏ İŞƏ CƏLB EDİLMƏLİDİRLƏR

Siyasət Materials 12 Oktyabr 2005 13:18 (UTC +04:00)

Bolqarıstan, Türkiyə, Rumıniya, Qazaxıstan və Avropa Birliyi GÖAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Vitual Mərkəzində işləməyə cəlb olunmalıdırlar. Trend in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov oktyabrın 12-də "Qara dənizdə və Xəzərdə kütləvi qırğın silahlarının yayılmaması üzrə" iki günlük konfransın açılışında bəyan edib.

"Kütləvi qırğın sialahlarının yayılmasına qarşı mübarizə aparmaq üçün bizim dövlətlərin hüqqu-mühafizə orqanları və sərhəd idarələri arasında tam informasiya mübadiləsi barədə razılığın olması zəruridir",- deyə A. Əzimov qeyd edib və bildirib ki, dəmir pərdələr "kütləvi qırğın silahlarının nəql olunması üçün səmərəli maneə ola bilməz".

"Mən ümid edirəm ki, konfransın yekunları üzrə addımlar müəyyən olunacaq ki, onların vasitəsi ilə səmərəli informasiya mübadiləsi yaratmaq mümkün olacaq və Bakı prosesi dava edəcək", -deyə sonda Azərbaycan xarici işlər nazirinin müavini bildirib və qeyd edib ki, Aralıq dənizi regionu dövlətlərinin nümayəndələrinin də konfransın işinə cəlb edilməsi zəruridir.

Qeyd edək ki, iki gün davam edəcək konfransda Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Bolqarıstan və ABŞın sahil mühafizəsi xidməti və sərhəd idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti