...

CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏKİ QİYAMDA İŞTİRAK ETMİŞ HƏRBÇİ DUSTAQLARIN MƏHKƏMƏSİ BAŞLANACAQ

Siyasət Materials 12 Oktyabr 2005 15:45 (UTC +04:00)

Oktyabrın 24-də Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair Hərbi Məhkəmədə 17 nəfər keçmiş hərbçi-dustağın məhkəməsinə hazırlıq iclası olacaq. Məhkəmə iclasının sədri hakim Ağamalı Qafarov Trend lə söhbətində bildirib ki, məhkəmə qarşısına çıxarılacaq dustaqlar müəssisə daxilində nizam intizamı pozmaqda və təxribatda təqsirli bilinirlər.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılmış ibtidai istintaqla müəyyən edilib ki,müxtəlif cinayətlərə görə məhkum edilmiş və 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 17 nəfər keçmiş hərbçi 15 fevral 2005-ci il tarixdə Müəssisədə baş vermiş qiyamda iştirak edib. Onların bəziləri istintaqa verdikləri ifadələrində Cəzaçəkmə Müəssisəsinin damına qalxmalarının səbəblərini müəssisə rəisinə etirazları ilə əlaqələndiriblər.

Qeyd edək ki, həmin hadisələrdən sonra 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Oqtay Həsənov vəzifəsindən kənarlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti