...

BAKI-TBİLİSİ-CEYHAN NEFT BORU KƏMƏRİNİN GÜRCÜSTAN HİSSƏSİ İSTİSMARA VERİLDİ

Siyasət Materials 12 Oktyabr 2005 16:04 (UTC +04:00)
BAKI-TBİLİSİ-CEYHAN NEFT BORU KƏMƏRİNİN GÜRCÜSTAN HİSSƏSİ İSTİSMARA VERİLDİ

(İTAR-TASS) - Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin Gürcüstan hissəsi istismara verilib. Bu gün Tbilisi yaxınlığındakı Qardabani rayonundakı işə salınma mərasimində Gürcüstan, Azərbaycan, Türkiyə prezidentləri Mixail Saakaşvili, İlham Əliyev və Əhməd Necdət Sezər iştirak edib.

Mərasimdə çıxış edən Saakaşvili qeyd edib ki, "BTC yeni investisiyalar cəlb etməklə region ölkələrinin infrastrukturunun inkişafına səbəb olacaq ". "Bu neft kəməri Gürcüstan və regionun digər ölkələri üçün böyük siyasi əhəmiyyətə malikdir. BTC layihəsi heç kimə qarşı yönəlməyib, burada iştirak edən bütün tərəflər birbaşa və dolayısı yolu ilə udacaqlar ", - deyə M. Saakaşvili əmin olduğunu bildirib.

Sezərin fikrincə, "BTC Cənubi Qafqaz ölkələrinin regional sabitliyinə və iqtisadi dirçəlişinə yol açacaq, bu nəhəng layihə region ölkələrinin enerji təhlükəsizliyinin möhkəmlənməsmində, digər Qərb ölkələri ilə əlaqələrinin genişlənməsində çox dəyərli strateji əhəmiyyətə malikdir ".

Əliyev öz növbəsində bildirib ki, "Gürcüstan, Türkiyə və Azərbaycan rəhbərlərinin siyasi iradəsi, eləcə də layihədə iştirak edən şirkətlərin və investorların aktiv fəaliyyəti bu tarixi və strateji layihəni reallaşdırmağa imkan verdi ".

3 ölkənin prezidenti neft kəmərinin Qardabani rayonundakı nasos stansiyasının ventilini təntənəli surətdə açıblar. Mərasimdə oktyabrın sonlarında neftin BTC vasitəsilə Gürcüstan-Türkiyə sərhəddini keçəcəyini və çox güman ki, bir aydan sonra Ceyhan limanına çatacağı elan olunub. Orada kəmərin Türkiyə hissəsinin işə salınma mərasimi keçitriləcək. Neftlə dolu ilk tanker Ceyhan limanının ilin sonunda tərk edəcək. Qeyd edək ki, 1768 km uzunluğu olan BTC boru kəməri ildə 50 milyon ton neft nəql etmək üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti