...

VƏTƏNƏ XƏYANƏTDƏ TƏQSİRLƏNDİRİLƏN ƏSGƏRİN MƏHKƏMƏSİ BAŞLANIR

Siyasət Materials 12 Oktyabr 2005 17:00 (UTC +04:00)

Oktyabrın 13-də Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair Hərbi Məhkəmədə Azərbaycan Silahlı Qüvvələrinin keçmiş sıravi əsgəri Veysəl Zeynalovun məhkəməsi başlanacaq. Məhkəmə iclasının sədri hakim Məmmədbağır Zeynalov Trend lə söhbətində bildirib ki, əsgər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə təqsirli bilinir.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılmış ibtidai istintaqla müəyyən edilib ki, 1985-ci il təvəllüdlü Veysəl Zeynalov Tərtər rayonundakı N saylı hərbi hissədə qulluq edərkən 6 noyabr 2004-cü il tarixdə könüllü şəkildə erməni hərbçilərinə tərəf keçib. Aprel ayına qədər erməni əsirliyində qalan əsgər Ermənistanın xüsusi xidmət orqanlarına Azərbaycan dövlətçiliyinə zərbə vuran məlumatlar verib.

Aprelin 20-də Veysəl Zeynalov Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin xətti ilə əsirlikdən azad edilib. Həmin tarixdə də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunub.

Xəbər lenti

Xəbər lenti