...

ƏLİ ƏHMƏDOV: "RƏSUL QULİYEVİN AZƏRBAYCANA GƏLİŞİ HÜQUQ-MÜHAFİZƏ ORQANLARININ İŞİNİ YÜNGÜLLƏŞDİRƏCƏK"

Siyasət Materials 12 Oktyabr 2005 17:27 (UTC +04:00)

"Rəsul Quliyevin Azərbaycana gəlməsi hüquq-mühafizə orqanlarının işini yüngülləşdirəcək" Bu barədə jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və icra katibi Əli Əhmədov bildirib.

YAP səlahiyyətlisi onu da qeyd edib ki, eks-spikerə qarşı qaldırılan iddialar hələ də qüvvədədir: "O, bütün bunlara aydınlıq gətirməkdən ötrü mütləq Azərbaycana gəlməli və qanun, xalq qarşısında cavab verməlidir".

Ə.Əhmədov onu da bildirib ki, əgər R.Quliyev Azərbaycana gəlib ona qarşı irəli sürülən ittihamların həqiqətəuyğun olmadığını sübuta yetirərsə, bu başqa məsələ: "Okenanın o tayında oturmaqla məlum məsələlərə aydınlıq gətirmək qeyri-mümkündür. Bunun üçün vətənə gəlmək zəruridir".

Qeyd edək ki, 1996-cı ildən ABŞ-da sığınacaq tapan ölkənin eks-spikeri, Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyevin oktyabrın 17-də Azərbaycana gəlişi gözlənilir.

Xəbər lenti

Xəbər lenti