...

RƏSUL QULİEYLƏ BİRLİKDƏ 10 MİLYON DOLLAR MƏNİMSƏMİŞ ŞƏXS MOSKVADA HƏBS EDİLİB

Siyasət Materials 12 Oktyabr 2005 17:36 (UTC +04:00)

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Tamerlan Həsənov Moskva şəhərində həbs edilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində aparılmış istintaqla müəyyən edilib ki, Rəsul Quliyev "Azərneftyağ" Bakı Neftayırma Zavodunun direktoru vəzifəsində işləyərkən zavodun baş mühasibi Lebedeva Qalina Nikolayevna və Moskva şəhərində yaşayan həmyerlisi Həsənov Tamerlan İbrahimoviçlə cinayət əlaqəsinə girib. Adları çəkilən şəxslər 1992-1993-cü illərdə saxta sənədlər tərtib edərək zavodun Moskva Xarici İqtisadi Bankında olan valyuta hesabından 10 milyon ABŞ dolları məbləğində dövlət vəsaiti çıxarıblar. Həmin vəsait Tamerlan Həsənovun rəhbərlik etdiyi "Rusiya Sahibkarlar Palatası", "Akvarius sistemiz interyeys" və "Akvarius sistemz inteqral" səhdmar cəmiyyətlərinin Moskva şəhərindəki "Nefteximbank" Səhmdar Kommersiya Bankındakı valyuta hesablarına köçürülüb. Külli miqdarda vəsait bu yolla mənimsənilib.

Xəbər lenti

Xəbər lenti