...

ASİYA MANAFOVA: "QUSARIN SƏRHƏD KƏNDLƏRİ BLOKADADADIR"

Siyasət Materials 12 Oktyabr 2005 17:38 (UTC +04:00)

"Qusarın Rusiya ilə sərhəd olan kəndləri blokadadadır". Trend xəbər verir ki, bu barədə Qusardan seçilmiş millət vəkili Asiya Manafova parlamentin oktyabrın 12-də keçirilən növbəti iclasında deyib.

Millət vəkili Qusarın ümumi problemlərindən bəhs edərək bildirib ki, Dağıstanla sərhəd olan kəndlərdə iqtisadi inkişaf yoxdur: "Yollar bərbad vəziyyətdədir. Samur çayının Azərbaycan tərəfində yaşayan əhali çayın o biri tərəfində aparılan iqtisadi inkişafa həsədlə baxır. Belə neqativ hallarla Qusar camaatını hökumətdən narazı slan qüvvələr var".

A.Manafova onu da qeyd edib ki, Rusiyadan Azərbaycana gələn qaz Qusarın Şivanovka kəndinin yanından keçməsinə baxmayaraq kənd əhalisi qaz problemi ilə üzləşib: "Sərhəd kəndlərindən brüsseloz xəstəliyi ilə əlaqədar əhalinin mal-qarası aparılıb, ancaq əvəzində onlara pul ödənməyib".

Millət vəkili parlamentin iclasında əyləşən hökumət rəhbərlərinə üzünü tutub: "Bir Qusara da baş çəkin, görün vəziyyət necədir. Bu gələcəkdə xoşagəlməz hadisələr yarada bilər" - deyib.

Xəbər lenti

Xəbər lenti