...

"AZADLIQ" BLOKU 16 OKTYABRA TƏYİN ETDİYİ AKSİYANI OKTYABRIN 23-DƏK TƏXİRƏ SALIB

Siyasət Materials 12 Oktyabr 2005 17:40 (UTC +04:00)

"Azadlıq" blokunun oktyabrın 16-a təyin etdiyi növbəti aksiyası təxirə salınıb. Bu barədə Trend ə blokun seçki qərargahının rəhbəri Fəhmin Hacıyev məlumat verib. O, növbəti aksiyanın vaxtının oktyabrın 23-nə təyin olunduğunu açıqlayıb. Oktyabrın 16-a nəzərdə tutulan aksiyanın təxirə salınmasının səbəbi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin oktyabrın 17-də ölkəyə qayıtması və onun qarşılanma mərasiminə hazırlıq işləri ilə bağlıdır:

"Rəsul Quliyev oktyabrın 17-də qayıdır, buna görə də iki gün dalbadal bu hadisələrin baş verməsi məqsədəuyğun deyil. Həm də ADP sədrinin qayıdışı ilə bağlı hazırlıq tədbirləri görülür. Buna görə də növbəti aksiyanın oktyabrın 23-də keçiriləcəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanacaq"-deyə blok funksioneri bildirib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu oktyabrın 13-də göndəriləcək. Bundan əvvəlki aksiyalarda "Azadlıq" blokunun təklif etdiyi 6 marşrut yenidən qüvvədə saxlanılıb. Blok şəhərin mərkəzi meydanlarından birində mitinqə icazə verilməsə, həmin marşrutlardan birində aksiya keçirməkdə israrlıdır.

Xəbər lenti

Xəbər lenti