...

MSK-YA DAXİL OLAN MÜRACİƏTLƏRİN ƏKSƏRİYYƏTİ NAMİZƏDLƏRİN BİR-BİRLƏRİNDƏN ŞİKAYƏTLƏRİDİR

Siyasət Materials 12 Oktyabr 2005 20:20 (UTC +04:00)

Seçicilərin şikayətlərinə baxılması üçün Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində sentyabrın 13-dən fəaliyyətə başlayan "Qaynar xətt"ə indiyədək 518 şikayət daxil olub. Bu barədə Trend ə MSK-nın mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin bildirdiyinə görə, artıq "qaynar xətt"ə dazil olan şikayətlərin sayı azalıb. Çünki oktybrın 1-dən yalnız vətəndaşların seçici vəsiqələri almaması barədə şikayətlər qəbul olunur. İndiyədək ən çox şikayətin qeydə alındığı tarix 5 oktyabrdır - 13 şikayət. 12 oktyabrda "qaynar xətt"ə 7 zəng daxil olub.

Azər Sarıyevin sözlərinə görə, vətəndaşların əksəriyyətinin şikayəti təmin olunur. Lakin bəzi seçicilər özləri, ev ünvanları, Aid olduqları seçki məntəqələri barədə düzgün informasiya vermədiklərinə görə şikayətlər öz həllini tapa bilmir. Yaxud da həmin şikayətlər icraya yönəldilir və araşdırılanda şikayətçinin özhünün səhvə yol verdiyi məlum olur.

A.Sarıyevin sözlərinə görə, ümumilikdə MSK-ya daxil olan şikayətlərin əksəriyyəti isə namizədlərin bir-birindən şikayətidir: "Çox vaxt namizədlər özlərinə rəqib olan digər namizədlər barəisndə yalan informasiyalar dövriyyəyə buraxırlar, rəqiblərini seçiciləri pula ələ almaqda, dövlət vəsaitlərindən istifadə etməkdə, qanunsuz təbliğat aparmaqla ittiham edirlər. Lakin biz tərəfdən araşdırılanda bu məlumatların 99 faizi təsdiqini tapmır"-deyə MSK nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti