...

MSK-NIN MÜSTƏQİL MƏTBUAT MƏRKƏZİNƏ SEÇKİNİN MÜŞAHİDƏSİ ÜÇÜN 6 XARİCİ KİV MÜRACİƏT EDİB

Siyasət Materials 13 Oktyabr 2005 11:47 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) Müstəqil Mətbuat Mərkəzinə parlament seçkilərini müşahidə etmək üçün bir neçə xarici kütləvi informasiya vasitəsi (KİV) müraciət edib.

Bu barədə Trend ə MSK-dan məlumat verilib. Müraciət edənlər Türkiyənin TRT kanalı, Rusiyanın "Mir" telekompaniyası, İngiltərənin "Röyters" Agentliyinin Tbilisi, Moskva və Bakı büroları və Rusiyada nəşr olunan "Azərros" qəzetidir. MSK-dan bildirilib ki, xarici KİV-lərin müraciəti müsbət həll olunub. Müstəqil Mətbuat Mərkəzinə yerli gündəlik KİV-lərdən isə hələ ki, müraciət edənlər yoxdur.

MSK seçkidə müşahidə aparacaq KİV nümayəndələrinin seçki günü istifadə edəcəyi lövhəcikləri artıq mətəbəəyə sifariş verib. Lövhəciklər ilkin olaran 2 min tirajla buraxılacaq. Müşahidəçilərin sayından asılı olaraq sonradan yenidən sifariş verilə bilər.

Xəbər lenti

Xəbər lenti