...

PARLAMENT SEÇKİLƏRİNİ İZLƏMƏK ÜÇÜN UKRAYNA MSK-SI DA MÜŞAHİDƏÇİLƏRİNİ TƏYİN EDİB

Siyasət Materials 13 Oktyabr 2005 13:40 (UTC +04:00)

6 noyabr parlament seçkilərini müşahidə etmək üçün xarici müşahidəçilərin sayı daha 3 nəfər artıb. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. O bildirib ki, Ukrayna Respublikasının Mərkəzi Seçki Komissiyası da parlament seçkilərinin monitorinqini aparmaq üçün Azərbaycana 3 müşahidəçisini təyin edib. Bununla ümumilikdə xarici müşahidəçilərin sayı 157-yə çatıb.

157 müşahidəçidən 74 nəfəri Müstəqil Dövlət Birliyinin (MBD) müşahidə missiyasına daxil olan nümayəndələrdir. 46-sı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 25 nəfər Fransanın Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin, 3 nəfər MDB Parlament Assambleyasının, 3 nəfər Beynəlxalq Böhran Qrupunun, 2 nəfər Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), 1 nəfər Avrasiya Fondunun və 3 nəfər isə Ukrayna seçki komissiyasının müşahidəçiləridir.

Xəbər lenti

Xəbər lenti