...

RUSİYA FEDERASİYASI SAMUR ÇAYI ÜZƏRİNDƏ KÖRPÜNÜN TİKİLMƏSİ VƏ AZƏRBAYCANA MƏXSUS GƏMİLƏRİN RUSİYANIN SU YOLLARINDAN KEÇMƏSİ İLƏ BAĞLI KONKRET TƏDBİRLƏR GÖRƏCƏK

Siyasət Materials 13 Oktyabr 2005 14:30 (UTC +04:00)

"Rusiya Samur sərhəd çayın üzərində körpünün tikilməsi və Azərbaycana məxsus gəmilərin RF-nin daxili sularından keçməsinə icazənin verilməsinə dair Azərbaycan tərəfinin təkliflərinin tezliklə müzakirəsi ilə bağlı konkret tədbirlər görəcək". Bu razılıq Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasovun Moskvada RF hökumətinin sədr müavini Aleksandr Jukovla görüşü, həmçinin, Rusiyanın XİN-də Rusiya və Azərbaycan arasında məsləhətləşmələr zamanı əldə olunub.

Azərbaycanın Moskvadakı səfirliyindən Trend ə verilən məlumata görə, görüşlərdə ikitərəfli əlaqələrlə bağlı aktual məsələlər müzakirə edilib, Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlığın hərtərəfli inkişafına birgə səyin göstərilməsinin vacibliyi vurğulanıb. İqtisadi sahədə qarşılıqlı fəaliyyət məsələləri də müzakirəyə çıxarılıb. Onlar 2005-ci ilin 8 ayı ərzində mal dövriyyəsinin 60%-ə qədər artmasından da razı qalıb.

Qeyd edək ki, Rusiya-Azərbaycan məsləhətləşmələrində Rusiyanın XİN-ni RF-nin xarici işlər nazirinin birinci müavini Valeri Loşinini təmsil edib.

Xəbər lenti

Xəbər lenti