...

2006-CI İLİN İKİNCİ YARISINDAN ORTA AYLIQ ƏMƏK HAQLARI 33,3 FAİZ ARTACAQ

Siyasət Materials 13 Oktyabr 2005 15:40 (UTC +04:00)

"2006-cı ilin ikinci yarısından orta aylıq əmək haqqları, o cümlədən minimum əmək haqları 33,3 faiz artacaq". Trend xəbər verir ki, bu barədə parlamentin oktyabrın 13-də keçirilən iclasında Azərbaycan Respublikasının "2006-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Əvəz Ələkbərov bildirib.

Nazir büdcənin və antinflyasiyanın genişləndiyi bir şəraitdə bundan böyük rəqəm olmadığını qeyd edib: "Əgər bu proses 8-9 faiz inflyasiya şəraitində davam edərsə onda büdcədən maliyyələşən təşkilatlarda real pul gəlirləri gözəçarpacaq dərəcədə artacaq. Eyni zamanda bu proses 2007-2009-cu illərdə də öz tarazlığını qoruyarsa onda mənə elə gəlir ki, heç bir problemlərlə üzləşməyəcəyik".

Ə.Ələkbərov bu prosesin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirildiyini də bildirib.

Xəbər lenti

Xəbər lenti