...

AZƏRBAYCAN PREZİDENTİ ŞƏKİYƏ SƏFƏR EDƏCƏK

Siyasət Materials 13 Oktyabr 2005 17:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Şəki rayonuna səfəri çox gümanki, oktyabrın 3-cü ongünlüyündə baş tuta bilər. Bu barədə Trend ə Şəki İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov məlumat verib.

Onun sözlərinə görə, səfərini dəqiq müddətinin məlum olmamasına baxmayaraq, Şəkidə səfərlə bağlı hazırlıq, eləcə də abadlıq işləri aparılır.Kərpic və konserv zavodlarının, eləcə də idman-sağlamlıq mərkəzinin rəsmi açılışına hazırlıq görülür. Rayonun İcra Hakimiyyətinin binası qarşısında Heydər Əliyevin heykəlinin açılacağı da gözlənilir. Bundan əlavə, H.Əliyev adına xatirə parkının, büstünün və xatirə muzeyinin açılış üçün hazırlanır.

İlham Əliyevin Şəkiyə səfərinin regional xarakter daşıdığı və dövlət başçısının qonşu rayonlara da baş çəkəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti