...

AZƏRBAYCANIN BİRİNCİ XANIMI "RUBİNOVIY KREST" ORDENİ İLƏ TƏLTİF OLUNUB

Siyasət Materials 13 Oktyabr 2005 17:47 (UTC +04:00)
AZƏRBAYCANIN BİRİNCİ XANIMI "RUBİNOVIY KREST" ORDENİ İLƏ TƏLTİF OLUNUB

Dünya xeyriyyəçiliyinə və öz xalqına göstərdiyi əvəzedilməz xidmətlərə görə YUNESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva beynəlxalq "Yüzilliyin mesenatları" fondunun "Rubinovıy krest" ordeni ilə təltif olunub. Trend in məlumatına görə, bu barədə oktyabrın 13-də Bakıda Azərbaycanın birinci xanımına mükafatı təqdim edərkən "Yüzilliyin mesenatları" Fondunun Rəyasət Heyətinin sədri, beynəlxalq rus həmvətənləri, ilk Kiyev knyazlarının nəsilləri, marşal Şeremetyev, Kutuzov və Suvorov Şurasının Rəyasət Heyətinin sədri qraf Pyotr Şeremetyev bəyan edib. "Əsl İnsan olmaq üçün bütöv bir ömür lazımdır və Mehriban Əliyevanın fəaliyyəti insan ləyaqətinin ən yüksək nümunəsidi", - deyə o qeyd edib. O əmin olduğunu bildirib ki, onun səyləri Rusiya ilə Azərbaycan arasında daha böyük inkişaf üçün yaxşı əsas yaradacaq.

"Heydər Əliyev Fondunun prezidentinə "Rubinovıy krest" ordeni verilməsi ehtiram əlamətidir", deyə "Yüzilliyin mesenatları" Fondunun üzvü, Rusiyanın əməkdar artisti Angelina Vovk bəyan edib. Onun sözlərinə görə, Mehriban Əliyeva əhalinin ən zəif təbəqələrinə - aztəminatlı ailələrin uşaqlarının, valideynlərini itirmiş uşaqların, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll olunması həllində göstərdiyi əməyə görə bu mükafata layiq görülən ilk qadındır.

"Heydər Əliyev Fondunun prezidentinin çox böyük səyləri Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına, Azərbaycanın rus icması ilə birgə əhalinin müxtəlif təbəqələrinin həyat səviyyəsinin inkişafı ilə bağlı irimiqyaslı layihələrin birgə reallaşdırılmasına yönəlib", - deyə o qeyd edib.

A.Vovk, həmçinin, Mehriban Əliyevanı oktyabrın 15-də Moskvada üzərinə "Yüzilliyin mesenatları" Fondunun kavalerlərinin adları həkk olunmuş daş plitənin özülünün qoyulması mərasiminə dəvət edib. Həmin plitədə bu yüzilliyin tanınmış mesenatları ilə yanaşı Mehriban Əliyevanın adı da qızıl hərflərlə həkk olunacaq.

Mehriban Əliyeva Fondun üzvlərinə ona göstərilən diqqətə görə təşəkkürünü bildirib və qeyd edib ki, Heydər Əliyev Fondunda fəaliyyət göstərdiyi dövrdə ölkədə nüfuz qazanıb ki, bu da əsasən xeyriyyəçilik fəaliyyəti ilə bağlıdır.

"Mən bu gün başçılıq etdiyim Fondun uğurlarından və nailiyyətlərindən qürurla danışıram. Yarandığı qısa müddət ərzində bu qurum əhalinin müxtəlif təbəqələrinin sosial problemlərinin həllində böyük işlər görüb, Azərbaycanın mədəniyyət və incəsənətinin dirçəldilməsi sahəsində əvəzsiz işlər reallaşdırıb"- deyə o bəyan edib. Onun sözlərinə görə, qarşıda görüləsi işlər çoxdur.

Mehriban Əliyeva, həmçinin, mərasimdə iştirak edən Fondun rəhbərliyinə, rus icmasına, eləcə də azərbaycanlı ziyalılara öz təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti