...

RİNO HARNİŞ: AZƏRBAYCANDA VƏ ÖZBƏKİSTANDAKI DEMOKRATİYA ÇOX FƏRQLƏNİR

Siyasət Materials 13 Oktyabr 2005 17:51 (UTC +04:00)

Azərbaycanda və Özbəkistandakı demokratiya çox fərqlənir. Trend bildirir ki, oktyabrın 13-də ABŞ-nın Azərbaycandakı səfiri Rino Harniş bu barədə jurnalistlərə bəyan edib.

O, qeyd edib ki, iki postsovet dövləti arasında paralellər aparmaq düzgün mövqe deyil. "Bunu görmək heç də çətin deyil ki, Azərbaycanda və Özbəkistandakı demokratiya bir-birindən çox fərqlənir"- deyə o qeyd edib.

Diplomat bildirib ki, ABŞ hökuməti hakimiyyəti və müxalifəti sülh dialoquna çağırır. O, qeyd edib ki, tərəflər noyabrın 6-da ədalətli, demokratik seçkilərin keçirilməsi üçün zorakılığa getməməlidir.

R.Harniş həm də qeyd edib ki, Azərbaycan ABŞ-nın yaxın tərəfdaşıdır və tərəflər beynəlxalq terrorizmlə mübarizədə fəal iş aparır.

Xəbər lenti

Xəbər lenti