...

AZƏRBAYCAN PREZİDENTİ AMERİKALI KONQRESSMENLƏRİ QƏBUL EDİB

Siyasət Materials 13 Oktyabr 2005 18:27 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Darrella İssa və Lorenso Sançesi qəbul edib. Bu barədə Trend məlumat yayıb.

D.İssa oktyabrın 12-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsinin tikintisinin başa çatması ilə bağlı açılış mərasimini yüksək qiymətləndirib. Onun sözlərinə görə, mərasim geosiyasi və strateji baxımdan böyük əhəmiyyət kəsb edir və region ölkələri üçün çox mühüm bir dövrdür. O Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ı dəstəkləməsini çox mühüm adlandırıb və əməkdaşlığın hazırki vəziyyətini tamamilə qənaətbəxş hesab edib. D.İssa qarşıdan gələn parlament seçkilərinə toxunaraq bildirib ki, onun Azərbaycan üçün "böyük əhəmiyyətə" malik olduğunu bildirib.

Azərbaycanın ABŞ-la müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlığını qeyd edəe İ.Əliyev qarşılıqlı əlaqələrin hazırki səviyyəsindən razılığı bildirib. Dövlət başçısı Gürcüstandakı mərasimi regional əməkdaşlıq üçün yaxşı nümunə adlandırıb və Azərbaycanın bu layihəyə çox mühüm əhəmiyyət verdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti