...

AŞPA MISSIYASI: AZƏRBAYCANDA PARLAMENT SEÇKILƏRI BEYNƏLXALQ ÖHDƏLIKLƏRƏ SADIQLIYIN TƏSDIQ OLUNMASI ÜÇÜN BIR ŞANSDIR

Siyasət Materials 13 Oktyabr 2005 21:07 (UTC +04:00)
AŞPA MISSIYASI: AZƏRBAYCANDA PARLAMENT SEÇKILƏRI BEYNƏLXALQ ÖHDƏLIKLƏRƏ SADIQLIYIN TƏSDIQ OLUNMASI ÜÇÜN BIR ŞANSDIR

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı missiyası hesab edir ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri rəsmi Bakıya demokratik seçkilərin keçirilməsi üzrə AŞ qarşısında götürülmüş öhdəliklərə sadiqliyi sübut etmək üçün bir şansdır. Trend bildirir ki, bu barədə AŞPA monitorinq missiyası üzvlərinin oktyabrın 13-də Bakıda keçirilmiş mətbuat konfransında açıqlanmış bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, ötən seçkilərlə müqayisədə 2005-ci il 6 noyabr seçkilərinə hazırlıqda bəzi müsbət irəliləyişlər müşahidə olunur.

"Deputatlığa böyük sayda namizədlərin qeydiyyatı sağlam rəqabətli seçkiqabağı mübarizənin keçirilməsi üçün imkan yaradır"-deyə bəyanatda qeyd olunur.

Bununla yanaşı qeyd olunur ki, respublika rəhbərliyi dialoqun gələcək inkişafı və müxalifət nümayəndələri ilə qarşılıqlı dialoq mühitinin yaradılması üçün şərait yarada bilməyib.eyni zamanda respublika rəhbərliyi beynəlxalq qurumların bəzi tövsiyələrini nəzərə almayıb ki, "bu da səsvermə günü ciddi pozuntulara gətirib çıxara bilər".

Qeyd olunur ki, respublika əhalisinin müəyyən hissəsinin Azərbaycanın hüdudlarından kənarda yaşamasına baxmayaraq onların adları seçicilərin siyahısına daxil edilib. "Seçicilərə vəsiqələrin verilməsi problemli məsələ Müxalifətin icazəsiz mitinqlər keçirməsi məsələsinə toxunularkən qeyd olunur ki, DİN başçısı hüquq-mühafizə orqanları nümayəndələrinin hərəkətlərinə görə şəxsən məsuliyyət daşıyır.

Göstərilir ki, Azərbaycan müxalifəti də hakimiyyətlə dialoqun keçirilməsində maraqlı olmalıdır.

Xəbər lenti

Xəbər lenti