...

Azərbaycanın xarici işlər nazirinin MİSİRƏ səfər proqramı dəqiqləşdirilib

Siyasət Materials 14 Oktyabr 2005 11:37 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oktyabrın 15-18-də Misir Ərəb Respublikasına səfər proqramı dəqiqləşdirilib. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər zamanı nazirin Misir prezidenti Hüsnü Mübarək, xarici işlər naziri Əhməd Əbül Qeyt, Ərəb dövlətləri liqasının baş katibi Əmr Musa və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində Azərbaycanla Misir arasında ikitərəfli əlaqələrin gələcək inkişafı, Yaxın Şərqdə və regionda vəziyyət və hər iki tərəfin maraqlarını əks etdirən digər məsələlər müzakirə olunacaq. İkitərəfli sənədlərin imzalanması gözlənilmir.

Xəbər lenti

Xəbər lenti