...

Azərbaycan-Fransa birgə komissiyasının növbəti iclası dekabrın əvvəlində Parisdə keçiriləcək

Siyasət Materials 14 Oktyabr 2005 12:00 (UTC +04:00)

"Azərbaycan-Fransa birgə iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası dekabrın əvvəlində Parisdə keçiriləcək". Bu barədə Trend ə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İclasda hər iki ölkə arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığın perspektivləri, ticarət dövriyyəsinin artırılması imkanları müzakirə olunub.

İclasda iştirak etmək üçün komissiyanın həmsədri baş nazir Artur Rəsizadənin başçılıq etdiyi Azərbaycan hökumətinin nümayəndələrindən ibarət heyət Parisə səfər edəcək. Fransa tərəfdən komissiyaya ölkənin xarici ticarət naziri Kristin Laqart rəhbərlik edir.

"İclasın gündəliyi və keçirilmə tarixi hələ razılaşdırılacaq", - deyə səfirlikdə bildirilib.

Xəbər lenti

Xəbər lenti