...

Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsi üzrə yekun qərar hazırlayıb

Siyasət Materials 14 Oktyabr 2005 12:43 (UTC +04:00)

Avropa Şurasının (AŞ) Venesiya Komissiyası (VK) ATƏT-in Demokratik İnstitutlar və İnsan haqları üzrə Bürosu (DİİHB) ilə birgə Azərbaycanın Seçki Məcəlləsində (SM) dəyişikliklər üzrə birgə yekun rəyini hazırlayıb. Bu barədə VK-nın katibliyinə istinadən Trend məlumat yayıb.

Qərarın tam mətni yaxın günlərdə VK-nın rəsmi saytında dərc olunacaq, Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər üzrə yekun rəy isə 3 beynəlxalq ekspertin- Rumen Maleyev (ATƏT-in DİİHİ), Corc Nolt (VK-nın Almaniyadan olan üzvünü əvəz edən) və Pyotr Patsolay (VK-nın Macarıstandan olan üzvünü əvəz edən) şərhləri əsasında hazırlanıb.

Xatırladaq ki, sentyabrın əvvəllərində açıqlanan qərar layihəsində qeyd olunub ki, 2003, 2004 və 2005-ci illərin tövsiyyələri Azərbaycan hökuməti tərəfindən yerinə yetirilmədiyinə görə, ölkənin Seçki Komissiyası ATƏT öhdəliklərinə və Avropa Şurası Parlament Assambleyasının (AŞPA)-nın standartlarına cavab vermir.

Venesiya Komissiyası hazırki Məcəllədəki dəyişiklik və əlavələr Azərbaycanda seçki təcrübəsinin və seçki qanunvericiliyinə ictimai etimadın formalaşması üçün kifayət etmədiyini, qəbul edilən əlavələr 2004-cüü ilin tövsiyələrinin yalnız çox az hissəsini özündə əks etdirdiyini, nəzərə alınan tövsiyyələrin isə "tğexniki xarakter daşıdığını" müəyyən edib.

O da qeyd olunur ki, 2005-ci ilin 26 iyununda Azərbaycan Milli Məclisi tərəfindən olunan bir sıra əlavələrin beynəlxalq standartlara cavab verməsinə, onların əksəriyyətinin ATƏT və VK-nın tövsiyyələrinə uyğun gəlməsinə baxmayaraq, 2003 və 2004-cü illərin tövsiyyələri "ya tamamilə və ya qismən hesaba alınmadığından" bu qanunu hazırki vəziyyətində qənaətbəxş hesab etmək olmaz.

Xəbər lenti

Xəbər lenti