...

ATƏT-in prezidenti Azərbaycanda parlament seçkiləri üzrə xüsusi əlaqələndirici təyin edilib

Siyasət Materials 14 Oktyabr 2005 13:46 (UTC +04:00)

"ATƏT-in fəaliyyətdə olan sədri, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel Parlament Assambleyanın prezidenti Elsi Hastinqsi (Alcee L. Hastings) Azərbaycanda parlament seçkiləri üzrə xüsusi əlaqələndirici təyin edib". Bu barədə Trend ATƏT-in Parlament Assambleyasının katibliyinə istinadən xəbər verir. E.Qastinqs beynəlxalq müşahidə missiyasının monitorinqinin ilkin yekunlarını noyabrın 7-də Bakıda keçiriləcək mətbuat konfransında açıqlayacaq.

Qeyd edək ki, ATƏT PA-nın qısamüddətli müşahidəçilərindən ibarət böyük nümayəndə heyəti Bakıya seçki günü ərəfəsində gələcək. Noyabrın 6-da onların iştirakı ilə seçki qutuları möhürlənəcək, səsvermə keçiriləcək və axşam bülletenlər hesablanacaq.

Xəbər lenti

Xəbər lenti