...

Azərbaycan prezidenti Vilnüsdə yeni demokratik dövlətlərin sammitində iştirak etmək niyyətindədir

Siyasət Materials 14 Oktyabr 2005 13:49 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev gələn il Vilnüsdə keçiriləcək yeni demokratik dövlətlərin sammitində iştirak etmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə Litva prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 13-də Bakıda Litva prezidenti Valdas Adamkusun qısamüddətli dayandığını şərh edən mətbuat xidməti bildirib ki, Azərbaycan prezidenti ilə keçirilən görüşdə tərəflər enerji layihələrinin reallaşdırılması imkanlarını, avroatlantik inteqrasiyası sahəsindəəməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər.

Azərbaycanın Avropa Birliyi və NATO ilə yaxınlaşmağa çalışması səylərindən danışan İ.Əliyev bu sahədə onu dəstəklədiyinə görə Litvaya təşəkkürünü bildirib. "Ümid edirəm ki, biz bir yolla gedəcəyik və ümumi gələcəyi yaratmaq bizə nəsib olacaq ", - deyə Azərbaycan rəhbəri bildirib. Səfər zamanı Əliyev Adamkusu Azərbaycana rəsmi səfərə dəvət edib.

Qeyd edək ki, 2006-cı ildə Vilnüsdə Baltik və Cənubi Qafqaz ölkələri dövlət başçılarının sammitinin keçirilməsi planlaşdırılıb. Sammitə hazırlıq məsələləri ilə bağlı dekabrda Brüsseldə Azərbaycanın, Ermənistanın, Gürcüstanın, Litvanın, Latviyv və Estoniyanın xarici işlər nazirlərinin və NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin Şurası çərçivəsində gözlənilən görüşdə məsləhətləşmələrin aparılması planlaşdırılıb. Qeyd edək ki, hələlik XİN rəhbərlərinin, eləcə də Cənubi Qafqaz və Baltik ölkələrinin sammitinin keçirilməsi məsələləri hazırlıq mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti