...

Asim Mollazadə Almaniyanin Liberallari ilə görüşüb

Siyasət Materials 14 Oktyabr 2005 15:49 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə oktyabrın 14-də partiyanın mənzil-qərargahında Almaniyanın Azad Demokratlar Partiyasından olan Bundestaq üzvü Mixael Link və Fridrix Naumann Fondunun Cənubi Qafqaz proqramlarının rəhbəri Iolfqanq Yonla görüşüb. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

Asim Mollazadə DİP-in fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə Demokratik İslahatlar Partiyası ilə Azad Demokratlar Partiyası arasındakə münasibətlər, beynəlxalq liberal təşkilatlarda birgə fəaliyyət, partiyanın seçkilərdə iştirakı ilə bağlı fikir mübadiləsi olub. Görüşdə Cənubi Qafqaz və Cənub-Şərqi Avropadakı liberal partiyaların birgə əməkdaşlıq fəaliyyətləri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti