...

Tomas Dayn: Azərbaycanda hadisələrin hər hansı inkişafı dinc dəyişikliklərə əsaslanmalıdır

Siyasət Materials 14 Oktyabr 2005 16:13 (UTC +04:00)

Azərbaycanda hadisələrin hər hansı bir inkişafı dinc dəyişiklərə əsaslanmalıdır. Trend in məlumatına görə, belə bir bəyanatla oktyabrın 14-də Bakıda səfərdə olan "Azad Avropa\Azadlıq" radiostansiyasının prezidenti Tomas Dayn jurnalistlərlə görüşü zamanı çıxış edib.

T. Dayn qeyd edib ki, Azərbaycana 5 günlük səfəri gedişində Bakı, Quba və Xaçmaz şəhərlərində olub və iqtidar və müxalifət nümayəndələrilə, Eləcə də QHT-nın rəhbərləri, tələbələr və jurnalistlərlə görüşüb. Radiostansiyanın rəhbəri prezident İlham Əliyevlə görüşünə xüsusi əhəmiyyət verərək dövlət başçısının "Azadlıq" radiosunun fəaliyyətinə yüksək qiymət verməsindən məmnun olduğunu bildirib. "Azərbaycanın müstəqil KİV formalaşması istiqamətində irəlilədiyini" qeyd edən T.Doyn danışıqların yekunu olaraq otnda"ölkədəki vəziyyətlə bağlı nikbin əhval-ruhiyyənin" yarandığını qeyd edib.

Şirkətin rəhbəri bildirib ki, "Azadlıq" dünyanın 19 dövlətinə yayımlanır və televiziya kanalının açılması ilə radiostansiyanın fəaliyyətinin daha da genişlənməsi arzusunda olduğunu ifadə edib. "Biz müstəqil telekanalın açılması ilə radionun yayımının FM tezliyini genişləndirməyi planlaşdırırıq", -deyə skazal T. Dayn bildirib ki, "Azadlıq" radiosunun bu günki reytinqi Azərbaycanda heç vaxt bu qədər yüksək olmayıb.

Şirkətin rəhbəri Tomas Dayn həmçinin, Azərbaycanda qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələsinə də toxunub və exit poll-ın keçirilməsinin, eləcə də nişanlama rənglərindən istifadənin və seçici siyahılarının daha dəqiq tərtibinin zəruri olduğunu qeyd edib. Onun fikrincə, seçkidə 1400 beynəlxalq müşahidəçinin iştirakı "rəsmi Bakının beynəlxalq öhdəliklərin yerinə yetirməsində nə dərəcədə açıq mövqe tutduğunu" müəyyən etməyə imkan verən çox müsbət haldır.

"Azərbaycan dinamik iqtisadi inkişafa malik olan, bu gün Cənubi Qafqazda ən güclü dövlətdir. Seçkilərin demokratik keçirilməsi respublikanın gələcək inkişafı üçün şərtdir".Sonda "Azadlıq" radiosunun prezidenti inkişaf sürətinə görə geridə qalan Ermənistanın da yaranmış vəziyyət üzərində düşünməsi vaxtının çatdığını bildirib.

Xəbər lenti

Xəbər lenti