...

Azərbaycan prezidenti "Lukoyl" şirkətinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 14 Oktyabr 2005 18:07 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 14 -də "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend in məlumatına görə, görüşün əvvəlində V. Ələkbərov Azərbaycanın dövlət başçısına Azərbaycan cəmiyyətinin dəyərlərindən və inkişaf mərhələlərindən bəhs edən "Azərbaycan, mənim zəngin diyarım" adlı kitabı təqdim edib.

"Lukoyl"un prezidenti qeyd edib ki, bu kitabın onun rəhbərlik etdiyi şirkətin təşəbbüsü ilə hazırlandığını və bu nəşrin bundan sonra buna bənzər kitabların işıq üzü görməsi üçün stimul olacağını qeyd edib.

V. Ələkbərov həmçinin, qeyd edib ki, Bakıya bu səfəri gedişində Azərbaycan Dövlət Neft Akademiyasına baş çəkdiyini və tələbələrin bilik və bacarıq əldə etmək arzularının nə qədər yüksək olduğunun şəxsən şahidi olub.

"Lukoyl"un respublikanın neft sektorunda, eləcə də ictimai həyatın müxtəlif sahələrində fəal iştirakını qeyd edən İlham Əliyev bu nəşrin Azərbaycan barədə oxucularda hərtərəfli təəssürat yaratdığını deyib.

Prezident qeyd edib ki, müasir cəmiyyətdə zəruri biliklər əldə etmədən uğur qazanmaq olmaz. "Azərbaycanda orta təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üzrə böyük işlər aparılır", -deyə dövlət başçısı qeyd edib və yaxın iki il ərzində Azərbaycanda İnternet rabitəsi ilə təmin olunan kompyuter siniflərinin yaradılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti