...

Azərbaycan gəncləri oktyabrın 14-də mitinq keçirib

Siyasət Materials 14 Oktyabr 2005 19:15 (UTC +04:00)
Azərbaycan gəncləri oktyabrın 14-də mitinq keçirib

"Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, "İrəli" Ümumrespublika Gənclər Hərəkatı, "Azad Gənclər" İctimai Birliyi oktyabrın 14-də saat 16.00-dan 18.00-dək yürüş-mitinq keçirib". Trend xəbər verir ki, yürüş-mitinqin marşrutu metronun "20 yanvar" stansiyasından "Qələbə" meydanınadək olub.

Yürüş-mitinqin keçirilməsində məqsəd Azərbaycan gənclərinin III forumundan bu günə qədər keçən zamanda Azərbaycan gəncliyinin uğurları barədə ictimaiyyətə geniş məlumat vermək, gənclərin dövlət başçısı İlham Əliyev tərəfindən yürüdülən siyasi xətti daim dəstəkləmək olub.

Mitinqin önündə "İrəli" Ümumrespublika Gənclər Hərəkatı ilə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının "Gənclik İlham Əliyevi dəstəkləyir" sözü yazılan ağ köynəkli uzvləri gedib.

Azərbaycan gənclərinin mitinqində çıxış edən YAP Gənclər Təşkilatının sədri Ramin Həsənov Azərbaycan prezidenti İlham Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğıdan, dövlət və dövlətçiliyin inkişafında atdığı qəti və mətin addımlardan danışıb, R.Həsənov seçiciləri fəal olmağa və YAP-ın üzvlərinə səs verməyə çağırıb.

Mitinqdə çıxış edən Azərbaycan gənclər təşkilatlarının rəhbərləri prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin bütövlükdə bütün Azərbaycan gəncləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Gənclər Azərbaycan müxalifətinin destruktiv mövqedən çıxış etməsini pisləyərək bunu Azərbaycan gəncliyinin gələcəyinə mənfi təsir göstərdiklərini bildiriblər.

40 min gəncin iştirak etdiyi mitinqin sonunda prezident İlham Əliyevə müraciət qəbul edilib.

Xəbər lenti

Xəbər lenti