Akademiklər Eldar Salayev və Midhət Abbasov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, eks-spiker Rəsul Quliyevin barəsində seçilmiş həbs-qəti imkan tədbirinin ləğv olunaraq şəxsi zaminliklə əvəz edilməsi xahişi ilə Səbael rayon Məhkəməsinə müraciət ediblər. Bu barədə Trend ə ADP-dən məlumat verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvləri, əməkdar elm xadimləri, Dövlət Mükafatı Laureatları Eldar Salayev və Midhət Abbasov 36 saylı Xətai dördüncü seçki dairəsindən "Azadlıq Bloku"nun vahid namizədi Rəsul Quliyevin seçkidə iştirakının təmin olunmasını vacib sayırlar. Ona görə də Səbail rayon məhkəməsinə müraciətdə Azərbaycan Respublikasnın Cinayət-Prosesual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən həbs qəti imkan tədbirinin daha yüngül qətimkan tədbiri ilə əvəz edilə biləcəyi qeyd olunur. Müraciətdə həmçinin həmin Məcəllənin tələblərinə uyğun olaraq həbs qətiimkan tədbirinin dəyişdilməsinin və ləğv olunmasının mümkünlüyü də bildirlir. Alimlər qeyd ediblər ki, Rəsul Quliyev Azərbaycana qayıtması onu göstərir ki, onun cinayət prosesini həyata keçirən orqandan gizlənmək niyyəti yoxdur, əksinə barəsində qaldırılmış əsasız cinayət işinə tezliklə xitam verilməsində maraqlıdır.
Bu faktları nəzərə alaraq Rəsul Quliyev barəsində seçilmiş həbs qətiimkan tədbirinin ləğvi, Eldar Salayevin və Midhət Abbasovun şəxsi zaminliyi ilə əvəz olunması məhkəmədən xahiş edilir.