...

Demokratik Islhatlar Uğrunda Cəmiyyət bir dairənin seçiciləri arasinda sorğu keçirib

Siyasət Materials 14 Oktyabr 2005 19:57 (UTC +04:00)

Demokratik İslahatlar Uğrunda Cəmiyyyət (DİUC) Azərbaycanda parlament seçkisi kompaniyasının hansı şəraitdə keçrildiyini öyrənmək məqsədi ilə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində seçicilərl arasında sorğu keçirib. Bu barədə Trend ə DİUC-dan məlumat verilib.

"Seçkilərdə iştrak edəcəksinizmi" sualına seçicilərin əksəriyyəti "Onsuz da kimi istəyirlər onu da seçəcəklər, bizim seçkiyə getməyə ehtiyac yoxdur"-deyə cavab veriblər. Sorğu zamanı əhalinin çox hissəsi seçkinin demokratik keçrilməsinə inamadığını ifadə edib.

Secicilərlə sorğu aparan zaman məlum olub ki, həmin dairədən Yeni Azərbaycan Partiyasının namizədi Mixail Zabelinin əhali ilə görüşlər keçirməməsinə baxmayaraq artıq dövlət büdcəsindən maliyyələşən təşkilatlarda bu namizədin təbliğatına start verilib. DİUC-nin məlumatına görə, Yeni Yasamal ərazisində olan 6 məntəqənin üçünün yerləşdiyi 286 sayli orta məktəbdə müəllimlər öz şagirdlərinə dərs zamanı Mixail Zabelinin təbliğatını aparır və ona məxsus olan təşviqat matriallarını paylayır.

Digər tərəfdən həmin dairədən müaxlifətin iki əsas namizədi "Azadlıq" blokunun namizədi Solmaz Ələsgərova və AXCP-nin (klassiklər) namizədi Mehriban Iəzirin plakatları cırılır.

Xəbər lenti

Xəbər lenti