...

A.Həsənov: Azərbaycan bu gün ən nüfuzlu yarışlar keçirməyə hazırdır

Siyasət Materials 15 Oktyabr 2005 11:53 (UTC +04:00)
A.Həsənov: Azərbaycan bu gün ən nüfuzlu yarışlar keçirməyə hazırdır

Azərbaycan bədii qimnastika federassiyasının vitse prezdenti A.Həsənovun "TREND" aqentliynə eksklüziv müsahibəsi.

İnsan hər şeyi gözəl anlayır: məsələn ailə şənliyinə hazırlaşırsan, həyəcan keçirirsən, bütün xırdalıqları nəzərə almağa çalışırsan. Budur, hər şey artıq arxada qalıb, lakin sən özündə bir boşluq və yorğunluq hiss edirsən. Dünya çempionatından sonra sizdə belə bir hisslər yaranmayıb ki?

- İlk öncə qeyd etmək istərdim ki, Sizin Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya çempionatının yekunlarına dair məqaləniz - idmanda baş vermiş hadisələrin dərin təhlili və gimnastlarımızın düzgün qiymətləndirilməsi mənim çox xoşuma gəlib. Bunu mən tərif üçün demirəm, bu, fəaliyətində öz ixtisasını yaxşı bilməyə və hər şeyi düzgün qiymətləndirməyə can atan jurnalist kadrlara malik olmaq istəyimdən irəli gəlir.

Yorğunuluğa gəldikdə isə, bu həlbəttəki var, amma bu çox xoş yorğunluqdur. Qəlbimdə bir boşluq da hiss edirəm. Bu hissin olması təbiidir. Biz bir neçə ay ərzində hər gün daha az əhəmiyyət kəsb edən işləri kənara qoyaraq və saatlarla yalnız çempiontın təşkili ilə məşğul olaraq nəhayət ki, bu iri miqyaslı tədbiri həyata keçirdik. Yorğunluq hiss edirəm, özü də insanın ruhunu oxşayan yorğunluq. Lakin bizi nəyəsə qadir olmaq hissi də bürüyüb. Biz - tədbirin təşkilatçısı olan - Mehriban xanımın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası dünya çempionatının keçirilməsi üzrə təşkilat komitəsidir və bu qurumun fəaliyyəti ölkənin bu gün belə yarışların keçirməsi üzrə böyük təcrübəyə malik iri dövlətlərlə bir sırada durduğunu sübut etdi. Əlbəttə, mən yarışlar zamanı bəzi nöqsanların şahidi oldum. Bu təbiidir. Lakin problemlər elə həll olunurdu ki, bunu nə tamaşaçılar, nə də idmançılar hiss edirdilər.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti (BGF) Bruno Qrandi və digər rəsmi şəxslər Bakıda çempionatın təşkilini yüksək qiymətləndiriblər.

Qonaqlarla sıx təmasda olan təşkilatçı kimi yarışlarda fasilələr zamanı çempionat, Azərbaycan və eləcə də ölkədə idmanın inkişaf perspektivləri haqqında bir şey eşidə bildinizmi?

BGF-in prezidenti Bruno Qrandi və digər rəsmi şəxslərin dünya gimnastika forumunun təşkili və keçirilmə səviyyəsini yüksək qiymətləndirmələri insanda iftixar və məmnunluq hissi doğurur. BGF rəhbərləri demək olar ki, hamı ilə açıq ünsiyyətə girdilər, bununla onlar sanki hamıya çatdırmaq istəyirdilər ki, artıq Azərbaycan təkcə gimnastika üzrə deyil, digər idman növləri üzrə də ən nüfuzlu yarışlar təşkil etməyə hazırdır.

Qəbullardan birində B.Qrandi Bakını "qonaqpərvərlik üzrə dünyanın paytaxtı" adlandırıb. BGF-nin bədii gimnastika üzrə texniki komitəsinin prezidenti xanım E.Abruzzini isə xüsusi söhbətlərindən birində bildirib ki, 3 il öncə Azərbaycana gələrkən, o, burada ilk növbədə, vicdanlı, nəcib və zəhmətkeş insanlarla tanış olub. BGF-nin rəhbərlərindən biri isə nahar zamanı belə deyib: "Ola bilsin ki, siz ölkənizdə nə dərəcədə mühüm bir hadisənin baş verdiyini tamamilə dərk etmirsiniz (o, dünya çempionatını nəzərdə tuturdu)".

Belə ürəkaçan sözlər çox deyilsə də, sonuncu fikirdə böyük həqiqət var. 3 il bundan əvvəl, nə məşqçilər, nə də idmançılar tezliklə ölkədə dünya çempionatının keçiriləcəyini heç ağıllarına belə gətirmirdilər. Heç kim İ.Viner, A.Kabayeva, İ.Çaşina, İ.Deryuqina və digər tanınmış gimnastların ölkəmizə gələcəklərini gözləmirdi. Ümummilli liderimiz H.Əliyev vətənin səadəti üçün hər şey edib, bu gün isə onun işini hörmətli prezident İ.Əliyev davam etdirir və biz artıq ölkədə belə miqyaslı hadisələrin baş verməsinə adət etmişik. Azərbaycanda idman, xüsusilə, gimnastika, prezident İ.Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsi və Ə.Qarayevin rəhbərlik etdiyi Gənclər, İdman və Turizm Nazirliyinin sayəsində özünün ən yüksək inkişaf mərhələsindədir. Və bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi buna sübutdur.

Gimnastika bahalı ıdman növünə aiddirmi? Az təminatlı ailələrin uşaqları bu idman növü ilə məşğul ola bilərmi?

Bədii gimnastika heç də çox xərc tələb etmir. Əgər uşaqlar həqiqətən də gimnastika ilə ciddi məşğul olmaq istəyirlərsə, onlar sadəcə seksiyaya yazılmalı, məşqlər üçün xüsusi gimnast ayaqqabısı və geyim əldə etməlidirlər. Bizim Rusiyada ixtisasartırma kursları keçmiş təcrübəli məşqçilərimiz var. Buna görə də az təminatlı ailələrdən olan uşaqlar da gimnastika ilə məşğul ola bilərlər. Onu da qeyd edim ki, bütün rusiyalı çempionlar elə kasıb ailələrdən çıxıblar.

Bu çempionat, əlbəttə, ölkədə gimnastikanın inkişafına böyük təkan verəcək. Azərbaycan Gimnastika Federasiyası idman gimnastikasını və akrobatikanı necə inkişaf etdirmək niyyətindədir, axı sovet dövründə respublika bu idman növləri üzrə beynəlxalq arenada müəyyən uğurlar əldə etmişdi.

Hər bir iri yarış, xüsusilə dünya çempionatı, idmanın bu və ya digər növünün inkişafında hər zaman sanki katalizator rolunu oynayır. Artıq dostlar və tanışlar mənə zəng edərək uşaqlarını seksiyaya yazdırmağı və onların yaxşı nəticə göstərmələri üçün təcrübəli məşqçi seçməyi xahiş edirlər. Yəni əgər əvvəllər uşaqlar yalnız fiziki inkişafları üçün gimnastika ilə məşğul olurdularsa, indi valideynlərə nəticə lazımıdır.

Gimnastikanın tanınmasında jurnalistərin də böyük əməyi var. 3 ilə əvvəl ölkədə ümumiyyətlə gimnastika haqqında heç nə yazmırdılar. Əvəzində də isə bu vaxta qədər azarkeşlərə sevinc gətirməyən futbol, eləcə də güləş, boks və digər idman növlərinə böyük yer ayırılırdı. Bu gün isə vəziyyət tam başqadır. Bu idman növündən qəzetlərdə yazır və yarışlardan birbaşa reportajlar hazırlayırlar.

İdman gimnastikası xüsusi zalların və bahalı geyimlərin tələb olunduğu idman növüdür. Artıq Gimnastika Federasiyasının prezidenti respublika üçün yeni və unikal gimnastika sarayının layihəsini bəyənib. Burada idmançılar gimnastikanın bütün növləri üzrə məşq edə və yarışa biləcəklər. Lakin bu o qədər də ucuz və asan başa gəlmir.

Sonuncu sual. Sizi, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentini, təşkilatın prezidenti - ölkənin birinci xanımının nüfuzu sıxmır ki? Onunla işləmək asandırmı?

Ölkənin birinci xanımı ilə işləmək çox xoş, məsuliyyətli və asandır. O, ağıllı insandır. Biz bəzən onu özümüzün də həll edə biləcəyimiz məsələlərə cəlb etmək istəmirik. Lakin o özü bu işlərə diqqət yetirir. Mən əminəm ki, o, hər zaman problemlərin həllində mənə düzgün yol göstərəcək. Bu heç də təəccüblü deyil. Axı Mehriban xanım Milli Olimpiya Komitəsinin prezidentinin həyat yoldaşı kimi idman sahəsində zəngin biliyə malikdir və onun köməyi əvəzsizdir.

Xəbər lenti

Xəbər lenti