...

Bakı kəndlərində monitorinqin ilkin mərhələsinə başlanılıb

Siyasət Materials 15 Oktyabr 2005 13:22 (UTC +04:00)

"Bakı kəndlərində seçkiöncəsi və seçki günü aparılan monitorinqin nəticələri Avropa Şurasına, Milli Demokratiya İnstitutuna və Helsinki Vətəndaş Assambleyasına göndəriləcək". Bu barədə Trend ə Bakı və Kəndlər Birliyi (BKB) sədrinin müavini Xanlar İbrahimov bildirib.

Qeyd edək ki, bu monitorinqi BKB ilə birgə Sülh və Demokratiya İnstitutu həyata keçirməyi planlaşdırıb. Monitorinq Bakının 7, Abşeronun isə 2 kəndində nəzərdə tutulub: "Artıq ilkin mərhələyə başlamışıq. Kəndlərdən br sıra qanun pozuntuları qeydə alınaraq SDİ-nin Bakıda yerləşən qərargahına məruzə edilir. SDİ-nin direktoru Leyla Yunus oktyabrın 20-də Avropadan qayıtdıqdan sonra qeydə alınan seçki pozuntuları ilə bağlı hesabat hazırlanıb oktyabrın 22-də beynəlxalq təşkilatlara ünvanlanacaq".

X.İbrahmiov onu da bildirib ki, Bakı kəndlərində monitorinqin aparılması təklifi onlara SDİ-nin direktoru Leyla Yunus tərəfindən olub: "Məlum Nardaran hadisələrində Leyla xanımın tutduğu demokratik mövqeyini qiymətləndirərək onunla bu monitorinqi aparmağa razılıq verdik".

Xəbər lenti

Xəbər lenti