...

Parlament seçkilərinin monitorinqi üçün Türkiyə parlamentarilərinin çoxsaylı nümayəndə heyəti Azərbaycana gələcək

Siyasət Materials 15 Oktyabr 2005 13:46 (UTC +04:00)

Parlament seçkilərinin monitorinqi üçün 30 Türkiyə parlamentarisi Azərbaycana gələcək. Trend bildirir ki, oktyabrın 14-də Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı bu barədə jurnalistlərlə görüşündə bəyan edib.

Diplomat qeyd edib ki, parlamentarilər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçiləri kimi fəaliyyyət göstərəcək və səsvermə günü ərəfəsinədək Bakıya gələcək.

T. Moralının sözlərinə görə, Türkiyə deputatlarının müşahidələrinin nəticələri ATƏT-in Demokratik institutlar və insan haqları Bürosunun ( DİİHB) Beynəlxalq müşahidəçi missiyasının hesabatında nəzərə alınacaq.

Xəbər lenti

Xəbər lenti