...

İsa Qəmbər: Azərbaycan Demokrat Partiyasının sədri, eks-spiker Rəsul Quliyevin həbsi Azərbaycan hökumətinin siyasi səhvi olacaq

Siyasət Materials 15 Oktyabr 2005 14:03 (UTC +04:00)

"Azərbaycan Demokrat Partiyasının sədri, eks-spiker Rəsul Quliyevin həbsi Azərbaycan hökumətinin siyasi səhvi olacaq". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə oktyabrın 15-də "Azadlıq" seçki blokunun tərkibinə daxil olan "Müsavat" partiyasının sədri bildirib.

İ.Qəmbər xatırladıb ki, artıq ADP liderinin gəlişi münasibətilə Heydər Əliyev adına beynəlxalq hava limanında tədbirin keçirilməsinə dair qərar qəbul edilib. Hökumət nümaüəndələri isə R.Quliyevi həbs etməyə cəhd göstərməməlidirlər. "Bu addım perspektivsiz olacaq. Azərbaycanın hakim dairələri bilməlidir ki, onlar bununla yalnız vəziyyəti gərginləşdirirlər", - deyə İ.Qəmbər sonda qeyd edib.

ABŞ-da siyasi mühacir kimi yaşayan R.Qulievin həbsi barədə qərar 10 oktyabr 2000-ci ildə Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə qəbul edilib. ADP sədrinin sözlərinə görə, o, Bakıya oktyabrın 17-də "British Airways" aviaşirkətinin reysi ilə gələcək.

Xəbər lenti

Xəbər lenti