...

Azərbaycan ilə AB-nin əməkdaşlığı sahəsində hərəkət planı Brüsselə göndəriləcək

Siyasət Materials 15 Oktyabr 2005 14:20 (UTC +04:00)

Yaxın 10 gün ərzində rəsmi Bakı Avropa Birliyi ilə əməkdaşlığı sahəsində həmin təşkilata hərəkət Planını baxılmaq üçün təqdim edəcək. Trend in məlumatınpa əsasən, oktyabrın 14-də keçirilən "Azərbaycanın siyasi iqtisadiyyatı mühüm mərhələdədir"adlı konfransda AR XİN-in beynəlxalq iqtisadi münasibətlər idarəsinin rəisi Əşrəf Şıxəliyev bu barədə bildirib.

Diplomatın sözlərinə görə, Azərbaycan Brüssel ilə əlaqələrin inkişafına böyük önəm verir, Dünya Ticarət Təşkilatına (DTT) daxil olmaq üzrə danışıqları fəal davam etdirir, eləcə də regional energetika layihələrini inkişaf etdirir. [QQ] Ə.Şıxəliyev Bakı-Tbilisi-Axalkalaki (BTA) dəmir yolu çəkilməsi layihəsinə xüsusi diqqət ayırıb. "400 mln. dollar dəyərində olan layihə region üçün strateji əhəmiyyət kəsb edir və Avrasiya regionunda yükdaşımalarını tezləşdirməyə və xeyli ucuzlaşdırmağa imkan verəcək"-deyə AR xarici siyasət idarəsinin nümayəndəsi bildirib.O, qeyd edib ki, bugünkü gündə Çinin həmin layihəyə cəlb edilməsi üzrə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti