...

Gürcüstanın dövlət nazirinin Bakıya səfəri baş tutmayacaq

Siyasət Materials 17 Oktyabr 2005 13:27 (UTC +04:00)

"Gürcüstanın münaqişələrin nizamlanması üzrə dövlət naziri Georgi Xaindravanın Azərbaycana oktyabrın 17-nə planlaşdırılmış səfəri baş tutmayacaq". Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirliyin məlumatına görə, dövlət naziri Orta Asiyadan Tbilisiyə gedərkən bir neçə saatlığa Bakıda dayanaraq Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşməyi planlaşdırmışdı. "Lakin nazirin planları dəyişdiyindən o, başqa yolla getdi", - deyə səfirlikdə bildirilib.

Xatırladaq ki, səfər zamanı G.Xaindravanın Sabirabad və Saatlı rayonlarında yaşayan axısı türkləri ilə görüşləri də gözlənilirdi.

Xəbər lenti

Xəbər lenti