...

MDB xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərləri Şurasının növbəti iclası Yaltada keçiriləcək

Siyasət Materials 17 Oktyabr 2005 13:31 (UTC +04:00)

Oktyabrın 27-29-da Yaltada MDB üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin 19-cu iclası keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib.

İclasın gündəliyinə böeynəlxalq terrorizm, transmilli və mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və insan alveri, eləcə də narkotik və psixotrop vasitələrin tranziti ilə bağlı xüsusi xidmət orqanlarının əməkdaşlığı üzrə 12-15 məsələnin müzakirəsi daxil edilib.

Məsələlərin əsas hissəsi terrorizmlə mübarizədə əməkdaşlıq, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti üzrə sənədlərin hazırlanmasına aiddir. Dövlətlərin insan alveri, eləcə də, insan orqanlarının və əzələ toxuması alveri, mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın digər təhlükəli növləri üzrə qarşılıqlı fəaliyyətə dair sənədin imzalanacağı gözlənilir.

İclasda Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovun iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti