...

Yaşar Əliyev: "Nəzarətə götürülmüş ərazidə vəziyyət hələlik sabitdir"

Siyasət Materials 17 Oktyabr 2005 14:01 (UTC +04:00)

Oktyabrın 17-də "Azadlıq" blokunun planlaşdırdığı qanunsuz aksiyanın keçirilməsi nəzərdə tutulan ərazidə vəziyyət stabildir. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məlumat verib.

Y.Əliyev: "Aeraport şossesi nəzarətə götürülüb və yalnız minik avtomobilləri ciddi nəzarətdən keçdikdən sonra həmin yola buraxılır. Polis hər cəhdlə sabitliyin qorunub saxlanmasına çalışır və buna nail olur. Artıq bir neçə şəxs polisə müqavimət göstərdiyinə görə saxlanılıb. Həmin şəxslər əraziyə nəzarət edən polis bölməsinə aparılıb. Polis tərəfindən saxlanılan sonuncu şəxssə Qurban Məmmədovdur. O da polisə müqavimət göstərib".

Y.Əliyev onu da bildirib ki, polisə müqavimət göstərdiyinə görə həbs olunanlar arasında Gəncənin sabiq polis rəisi, bu yaxınlarda həbsxanadan çıxmış Natiq Əfəndiyev, Rəsul Quliyevin yaxın qohumu Etibar Quliyev və başqaları da var. Rəis müavininin sözlərinə görə, saxlanılan bəzi şəxslərdən odlu silah aşkar edilərək götürülüb. "Ümumiyyətlə isə aksiya iştirakçılarında silah-sursatın olması istisna deyil və buna görə də polis nəzarəti gücləndirib".

Xəbər lenti

Xəbər lenti