...

R.Usubov: "Keçmiş maliyyə naziri həbs edilib"

Siyasət Materials 17 Oktyabr 2005 14:36 (UTC +04:00)

"Daxili İşlər Nazirliyinin əməliyyat qrupuna daxil olmuş məlumatlar əsasında keçmiş maliyyə naziri Fikrət Yusifov həbs edilib". Trend məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov bildirib.

Keçmiş maliyyə naziri saxlanılarkən üstündən "Makarov" tipli tapança, yaşadığı ünvanda axtarış aparılarkən isə 100.000 avro, 60.000 ABŞ dolları aşkar edilərək götürülüb.

R.Usubov: "Əvvəlcədən daxil olmuş məlumatlarda da qeyd olunurdu ki, qanunsuz aksiyaların keçirilməsi üçün maliyyə yardımını təşkil edənlərdən biri Fikrət Yusifovdur".

Nazir onu da bildirib ki, artıq bir neçə saatdır ki, daxil olmuş məlumatlar əsasında Bakı şəhərinin müvafiq polis, prokurorluq və MTN əməkdaşlarının iştirakı ilə əməliyyatlar həyata keçirilir. "Bəzi yerlərdə silah-sursat saxlanması ilə bağlı məlumatlar daxil olur. Hazırda bununla bağlı müvafiq tədbirlər görülür", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti