...

Hərbi hissədən qaçmış əsgərin axtarışı davam edir

Siyasət Materials 17 Oktyabr 2005 15:00 (UTC +04:00)

Oktyabrın 16-da Bakı şəhərində yerləşən N saylı hərbi hissənin sıravi əsgəri hərbi hissədən qaçıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Trend lə söhbətində həmin əsgərin adını, soyadını söyləməsə də faktı təsdiqləyib.

R.Məlikov: "Əsgər hərbi hissədən qaçarkən avtomat silahı da özü ilə götürüb. Hazırda onun tutulması üçün axtarış tədbirləri davam etdirilir".

Axtarış tədbirlərinə daxili qoşunların əsgərlərinin cəlb edildiyini deyən R.Məlikovun sözlərinə görə, axtarış əsasən, Bakı şəhərinin Patamdar qəsəbəsi və Qurd qapısı ərazisində həyata keçirilir. Əsgərin yaxalanması üçün şəhərin çıxacağındakı postlara da göstərişlər verilib.

Xəbər lenti

Xəbər lenti