...

Baş prokuror vətəndaşları polis əməkdaşlarına qarşı təxribat törətməməyə çağırıb

Siyasət Materials 17 Oktyabr 2005 15:38 (UTC +04:00)

Trend bildirir ki, AR Baş prokuroru Zakir Qaralov vətəndaşları polis əməkdaşlarına qarşı təxribat törətməməyə çağırıb.

O, Azərbaycan Demokratik partiyasının sədri Rəsul Quliyevin tərəfdarlarının icazəsiz aksiya keçirmək cəhdini polis tərəfindən onun həbsinə mane cəhdi kimi qiymətləndirib. "Bu, yol verilməzdir və AR Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən konkret ağır cinayət kimi baxılır"-deyə baş prokuror bəyan edib.

Z.Qaralov həm də bildirib ki, baş prokurorluq təxribatın təşkilində Rəsul Quliyevdən alınmış böyük vəsait qəbzlərində adı olanların şəxsiyyətini dəqiqləşdirməkdə davam edəcək.

Xəbər lenti

Xəbər lenti