...

ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda görüşəcəklər

Siyasət Materials 17 Oktyabr 2005 17:10 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda görüşəcəklər

Bu həftənin sonu- gələn həftənin əvvəlllərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Vaşinqtonda görüşü gözlənilir. Bu barədə Trend ə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov ekskluziv məlumat verib.

Onun sözlərinə görə, ABŞ, Fransa və Rusiya vasitəçilərinin məsləhətləşmələr keçirmələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı prosesin hazırki mərhələsini müzakirə etmələri zəruridir.

Y.Merzlyakov oktyabr ayında həmsədrlərin regiona səfərlərinin mümkünlüyünü təkzib edib. O qeyd edib ki, hələlik Lyublanada Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin MQ həmsədrləri ilə görüşünün planlaşdırılması barədə məlumat tam dəqiqləşdirilməyib. Lyublanada yalnız diplomatların görüşündən sonra ATƏT-in Minsk Qrupunun qarşıdakı planları və fəaliyyəti barədə konkret fikir söyləmək olar.

Xəbər lenti

Xəbər lenti