...

DSX-nin rəis müavini Düşənbəyə gedəcək

Siyasət Materials 17 Oktyabr 2005 18:05 (UTC +04:00)

Oktybarın 18-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini İnayət Xəlilov Düşənbəyə yola düşəcək. DSX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend ə bildiriblər ki, səfərin məqsədi MDB ölkələrinin sərhəd xidmətləri rəhbərlərinin iclasında iştirak etməkdir.

Sayca 54-cü olan bu iclas oktyabrın 19-da işinə başlayacaq. Sərhəd xidməti rəhbərləri qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərini müzakirə edəcəklər. İclasın gündəliyində 15 məsələnin müzakirəsi durur. Bu məsələlər qanunsuz narkotik maddələrin, silahların daşınması, qanunsuz miqrasiya, sərhəd pozuntusu və s. sahələri əhatə edəcək. İclasda həmçinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə zəruri təsiri olan informasiya mübadiləsi məsələsi də müzakirə olunacaq.

İclas öz işini oktyabrın 20-də yekunlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti