...

"İnterpol" Rəsul Quliyevi Simferopolda həbs etdi

Siyasət Materials 17 Oktyabr 2005 18:37 (UTC +04:00)

Oktyabrın 17-də saat 17.00 radələrində ADP sədri, eks-spiker Rəsul Quliyev Ukrayna Respublikasının Simferopol şəhərində həbs edilib. Bu barədə Trend ə İnterpolun Azərbaycan Milli Bürosunun rəisi Mədət Quliyev məlumat verib.

Rəsul Quliyev son anda Azərbaycana gəlməkdən imtina edib və Simveropola üz tutub. Lakin artıq "İnterpol" xətti ilə həmin ölkənin hüquq-mühafizə orqanlarına onu həbs etmək barədə göstəriş verilib. R.Quliyev hava limanında təyyarədən enəndən sonra həbs edilib.

Hazırda onun Azərbaycana gətirilməsi üçün Ukraynanın hüquq-müzafizə orqanları ilə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti