...

"Azadlıq" bloku Rəsul Quliyevin həbsini qanunsuz, YAP isə düzgün hesab edir

Siyasət Materials 17 Oktyabr 2005 20:39 (UTC +04:00)

Azərbaycanla Ukrayna arasında ekstradisiya ilə bağlı qarşılıqlı rəsmi razılaşma var. Ona görə də bu günlərdə Rəsul Quliyev Azərbaycana təhvil veriləcək". Bu fikirləri Trend ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. O, qeyd edib ki, ADP sədrinin həbsinin səbəbi onun "İnterpol" vasitəsilə axtarışda olmasıdır. M.Qurbanlı deyib ki, ekstradisiyanı Daxili İşlər Nazirliyi həyata keçirəcək, tutulan şəxsin ölkəsinə qaytarılması müddəti isə iki ölkə arasında razılaşdırma əsasında təyin olunur.

YAP funksioneri deyib ki, ADP-çilərin R.Quliyevin həbsinin qanunsuz olması ilə bağlı iddialarının əsası yoxdur, çünki "İnterpol" vasitəsi ilə beynəlxalq axtarışda olan şəxsin saxlanılması qanunauyğun və düzgündür. ADP sədrinin deputatlığa namizəd olduğu üçün həbsinin etirazla qarşılanmasına gəldikdə, M.Qurbanlı bildirib ki, R.Quliyevin deputat toxunulmazlığı artıq ləğv edilib və o, həbs oluna bilər. YAP-çı millət vəkili onu da deyib ki, Rəsul Quliyev ADP-çilərin iddia etdiyi kimi heç də ABŞ-da siyasi mühacir statusu ilə yaşamırdı. "ABŞ-da mühacirlərə siyasi sığınacaq verilməsi çox nadir hallarda olur. Rəsul Quliyev isə mühacir deyil, o, ABŞ-da mühacir statusu ilə deyil, minlərlə insana verilən "qrin kart", yəni müvəqqəti yaşayış statusu ilə yaşayıb. Birmənalı şəkildə bildirirəm ki, Rəsul Quliyev qətiyyən siyasi mühacir deyil"-deyə Mübariz Qurbanlı vurğulayıb.

"Azadlıq" blokunun həmsədri, AXCP sədri Əli Kərimli isə bildirib ki, Rəsul Quliyevin Azərbaycana ekstradisiyası düzgün deyil. Çünki ADP sədri özü könüllü şəkildə Azərbaycana gəlirdi və hakimiyyət onun qayıdışını təmin etməli idi: "Azadlıq" bloku Rəsul Quliyevi gətirən təyyarənin Azərbaycanda hava limanınada yerə enməsinə imkan verilməməsini pisləyirik, hesab edirik ki, bununla iqtidar özünün qeyri-demokratik addımlarını bir daha nümayiş etdirdi"-deyə Ə.Kərimli vurğulayıb. O, bildirib ki, "Azadlıq" bloku R.Quliyevin müdafiəsi üçün səylərini davam etdirəcək, 23 oktyabrda keçiriləcək aksiyanın əsas məqsədi, tələbləri ADP sədrinin azad olunmasına yönələcək. Blok liderləri həmçinin həmin vaxta qədər başqa tədbirlər görülməsini, etiraz aksiyalarının təşkilini oktyabrın 18-də müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti