...

AŞPA-nın monitoriqi üzrə komissiyasının həmməruzəçiləri Bosniya və Hersoqovinaya səfər edib

Siyasət Materials 18 Oktyabr 2005 13:19 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq üzrə komissiyasının həmməruzəçiləri Bosniya və Hersoqovinada səfərdədirlər. Trend in Strasburqdakı AŞPA katibliyinə istinadən yaydığı xəbərə görə, həmməruzəçilər Naira Şaxtaxtinskaya (Azərbaycan) və Kimmo Sasi (Finlandiya) 4 gün ərzində Brçko, Banya-Luka, Mostar və Sarayevo dairələrində müşahidələr aparacaqlar.

Onlar Assambleyanın bundan əvvəl qəbul etdiyi monitorinq məruzəsindən sonra əldə edilən irəliləyişləri, o cümlədən, demokratik institutların fəaliyyət göstərməsi və təhsil haqqında ümumdövlət qanunlarının yerinə yetirilməsi məsələləri ilə bağlı qiymətləndirmələr həyata keçirəcəklər. Komissiyanın səfəri oktyabrın 21-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti