...

Azərbaycanda parlament seçkiləri Avropa Şurasının Venesiya Komissiyasının diqqət mərkəzindədir

Siyasət Materials 18 Oktyabr 2005 13:43 (UTC +04:00)

Oktyabrın 21-22-də Venesiyada Avropa Şurasının Venesiya Komissiyasının (VK) plenar sessiyası keçiriləcək. Sessiyanın gündəliyinə Azərbaycanda parlament seçkilərinin keçirilməsi məsələsi də daxil edilib.

Oktyabrın 10-da ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun VK ilə birgə qəbul etdiyi Azərbaycanın Seçki Məcəlləsində (SM) dəyişikliklər üzrə birgə rəyin yekun laiyhəsinin müzakirə ediləcəyi gözlənilir.

Sessiyanın gedişində eləcə də, Ermənistan və Qırğızıstanda Konstitusiya islahatlarının gedişi, Serbiya və "keçmiş Yuqoslaviya Respublikası Makedoniya"da məhkəmə islahatları ilə bağlı məsələlərin müzakirəsi də planlaşdırılır.

Sessiyanın işində AV-nın Baş katibi Terri Devisin, Qırğızıstan parlamentinin sədri və Serbiyanın və "keçmiş Yuqoslaviya Respublikası Makedoniya"nın ədliyyə nazirləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti