...

İqor Kizima: Ukraynanın Xarici İşlər Nazirliyi Rəsul Quliyevin ekstradisiaysı ilə bağlı məsələyə cəlb oluna bilər

Siyasət Materials 18 Oktyabr 2005 14:02 (UTC +04:00)

Əgər zərurət yaranarsa, Ukrayna XİN Rəsul Quliyevin ekstradisiya ilə bağlı məsələyə cəlb oluna bilər. Bu barədə Trend ə Ukraynanın Azərbaycanda müvəqqəti işlər müvəkkili İqor Kizima ekskluziv olaraq bildirib.

Onun sözlərinə görə, bu mərhələdə məsələ XİN və İnterpol səviyyəsində həll edilir. "Ukraynada MDB çərçivəsində cinayətkarların təhvil verilməsi üzrə ölkələrin qarşılıqlı fəaliyyəti barədə beynəlxalq hüquqi sənədlər mövcuddur və təbii ki, Ukrayna onlara riayət edəcək", - deyə diplomat qeyd edib.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Yuri Lutsenko bir az əvvəl jurnalistlərə ekstradisiya ilə bağlı məsələ barədə qərar baş prkurorluq və Ukrayna XİN-i tərəfindən qəbul ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti