...

MSK-nin iclasinda gündəliklə bağli mübahisələr yaranib

Siyasət Materials 18 Oktyabr 2005 14:27 (UTC +04:00)

Oktyabrın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında gündəliklə bağlı mübahisələr yarandığından iclas təxirə salınıb. Trend in məlumatına görə, əvvəlcə MSK sədri Məzahir Pənahov 18 oktyabr Azərbğaycanın Müsqəllik Günü ilə əlaqdər təbriklərini çatdıraraq ölkəmizin müstəqillik tarixi barədə danışıb. O, MSK-nın yarandığı vaxtdan bəri gördüyü işlər, fəaliyyəti haqqında da məlumat verib.

Sonra iclasın gündəliyi barədə MSK üzvləri təkliflər səsləndiriblər. Gündəlik səsverməyə çıxarılmazdan qabaq MSK katibi Vidadi Mahmudov telekanalların seçki qanunları pozması faktları barədə məlumat verib və hərbi hissələrin seçkiyə hazırlıq səviyyəsinin araşdırılmasının vacibliyini qeyd edib. V.Mahmudov bildirib ki, oktyabrın 17-də AzTV-də "Azadlıq" blokunun qanuni pulsuz təşviqat çıxışına icazə verilməyib. AzTV-dən bloku nümayəndələrinə zəng edib bildiriblər ki, təbliğat çıxışının mətnini əvvəldən onlara təqdim etsinlər. Efirdə çıxış etmək vaxtı çatanda isə blokun liderini efirə buraxmayıblar. Həmin gün ödənişli təşviqat aparan iqtidaryönlü namizədlər isə efirdən bəyan edib ki, guya "Azadlıq" bloku nümayəndələri qorxduqları üçün efirə çıxmayıblar. V.Mahmudovun sözlərinə görə, bütün bunlar hamısı qanun pozuntusudur. Həmçinin bu məsələnin araşdırılması üçün AzTV ilə əlaqə saxlayan V.Mahmudova bildiriblər ki, "Azadlıq" blokunun nümayəndələrinin efirə buraxılmaması MSK-nın tapşırığıdır.

Məzahir Pənahov bu barədə heç bir tapşırıq vermədiyini, AzTV-də baş verənlərin MSK ilə əlaqəli olmadığını deyib. O həmçinin bildirib ki, hərbi hissələrdə səsvermə ümumi qaydalarla keçiriləcək. MSK sədri V.Mahmudovun hərbi hissələrin seçkilərə hazırlıq səviyyəsinin zəif olması fikri ilə razılaşmayıb. V.Mahmudov bildirib ki, hərbi hissələrdəki seçki subyektləri harada səs verəcəklərini bilmirlər, seçki məntəqələri barədə məlumatsızdırlar.

V.Mahmudov, MSK üzvləri Ənvər Əliyev və Mənsum Bayramov AzTV-nin yol verdiyi qanun pozuntusunun ayrıca müzakirə üçün gündəliyə salınmasını təklif ediblər. Bu təkliflərlə bağlı iclas iştirakçıları arasında mübahisələr yaranıb. M.Pənahov gündəliyə seçkiqabağı təşviqat qaydalarının pozulması ilə bağlı məsələ daxil edildiyindən həmin təklifin qəbul edilməsinə ehtiyac olmadığını deyib. Lakin səsvermə zamanı gündəliyin təsdiqlənməsi üçün yetərsay olmayıb və iczasın davamı baş tutmayıb.

Xəbər lenti

Xəbər lenti