...

"Azadlıq" bloku MSK-ya və AzTV-yə müraciət etdi

Siyasət Materials 18 Oktyabr 2005 15:26 (UTC +04:00)

"Azadlıq" bloku oktyabrın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) müraciət ünvanlayıb. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib.

MSK-ya edilən müraciətdə bildirilir ki, oktyabrın 17-də saat 16.00 radələrində AzTV-nin ictimai - siyasi şöbəsinin müdiri Rafiq Kərimov bildirib ki, Az TI ilə Milli Məclisə deputatlığa namizədlərin canlı efir vasitəsilə seçicilərə müraciət və çıxışları qadağan olunub. Az TI-nin əməkdaşı belə qərarın hansı instansiya tərəfindən verildiyini bildirməkdən imtina edib. Axşam isə polislər "Azadlıq" blokunun Az TI-də pulsuz efir vaxtında çıxış etmək üçün müəyyən edilmiş deputatlığa namizədi Qurban Məmmədovu studiyaya buraxmayıblar. Kanaldan bildiriblər ki, MSK-nın qərarına əsasən canlı efir ləğv edilib. Nəticədə 17 oktyabr tarixində AzTI-də "Azadlıq" bloku üçün ayrılmış 4 dəqiqəlik efir vaxtı boş buraxılıb.

Həmçinin, müqaviləyə əsasən həmin gün saat 22.20-dən sonra Az T-də "Azadlıq" blokunun namizədi Müsavat Partiyasının başqanı İsa Qəmbər də çıxış etmək üçün televiziyaya buraxılmayıb. Lakin həmin gün AzTV-də ödənişli efir vaxtında çıxış etmiş iqtidaryönlü namizədlər Siyavuş Novruzov, Hafiz Hacıyev, X.Quliyeva və digərləri canlı efirdə çıxış ediblər, üstəlik "Azadlıq" blokuna qarşı böhtan və təhqir dolu ifadələr işlədiblər. "Azadlıq" bloku MSK-dan məsələni araşdıraraq qanunu bərpa etməyi, seçkiyə qatılan bütün tərəflərə bərabər şərait yaratmaq üçün tədbirlər görməyi tələb edib. Blok eyni tələbləri AzTV-yə ünvanladığı müraciətində də irəli sürüb.

Məsələyə münasibətini bildirən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, o, "Azadlıq" bloku nümayəndələrinin canlı efirə buraxılmamasına barədə heç bir tapşırıq verməyib. Onun sözlərinə görə, AzTV-də baş verənlərin MSK ilə əlaqəsi yoxdur. M.Pənahov onu da bildirib ki, deputatlığa namizədlər televiziya efirindən çıxışları zamanı diqqətli olmalı, qanunun tələblərini pozmamalı və qadağan edilmiş çağırışlar səsləndirməməlidirlər: "Bəzi namizədlər Seçki Məcəlləsinə zidd addımlar atırlar, dövlətin konstitusion quruluşunun əleyhinə, hakimiyyətin devrilməsinə, insanların meydanlara çıxmasına çağırışlar edirlər. Dövlətin, ictimaiyyətin müxətilf təbəqələrindən bizə müraciətlər olunur, MSK-nın bu məsələyə nəzarət etməsini tələb edirlər"-deyə M.Pənahov bildirib.

MSK sədri onu da qeyd edib ki, deputatlığa namizədlərin izacəsiz aksiyalarda, razılaşdırılmamış hər hansı tədbirlərdə iştirakının əleyhinədir.

Xəbər lenti

Xəbər lenti